Lavrovun müavini Ermənistan səfiri ilə Laçın yolunu müzakirə etdi
Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyanla görüşündə Laçın yolunda və Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Laçın dəhlizində və ümumilikdə Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib", - nazirlikdən bildirilib.
Nazirlikdən əlavə edilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələlərinə, o cümlədən bütün səviyyələrdə siyasi dialoqun təşviqi və iqtisadi əlaqələrin gücləndirilməsinə toxunulub.
Turan İSMAYIL