"İrəvandakılar öz davranışlarıyla Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırırlar"

 16:53 14.08.2023     337

"Düşmən özünü yenə də bizim bir məsələdəki keçi kimi aparır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O, qeyd edib ki, Ermənistan ordusu iki gündür ki, Sədərəyin Heydərabad və Kəlbəcərin Mollabayramlı kəndlərindəki mövqelərimizi atəşə tutur:

"Özü də o yerlərdən atəşə tutur ki, onlar bir zamanlar azərbaycanlılar yaşamış kəndlərdir. İndi həmən kəndlərdən biri - Arazdəyən yarıboşdur. Digərində - Basarkeçrər rayonunun Yuxarı Şorca kəndində isə 10-15 salamat ev qala, ya qalmaya. Ümumiyyətlə, Göyəçədəki kəndlərimizin çoxunda vəziyyət belədir. Haylar bir gün bizim geri dönəcəyimizi yaxşı bildiklərindən Qərbi Azərbaycandakı onlarla kəndlərimizi yaşayış üçün tam yararsız hala salıbar. Amma bu gün işğaldan qurtarılmış torpaqlarımızda necə quruculuq işləri aparılırsa, Qərbi Azərbycandakı kəndlərimiz də o cür abadlaşdırlacaq".

S.Alıyev bildirib ki, İrəvandakılar öz davranışlarıyla o günü daha da yaxınlaşdırırlar.

"Onlar əgər düşünürlərsə ki, Azərbaycan özünün torpaq bütünlüyünə açıq təhdidə, Hindistandan 750 milyon dollar dəyərində silah-sursatın alınıb gətirilməsinə, Fransayla İrandan hərbi texnika və avadanlıqların ötürülməsinə, sərhədlərimiz boyunca qüvvə toplanmasına göz yumacaq, çox yanılırlar", - deyə deputat vurğulayıb.

Turan İSMAYIL