İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir - Ayxan Hacızadə
İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" hesabında qeyd edib.
“Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb.