“Aİ Ermənistan XİN-i qabaqlayan açıqlama verib”

 11:49 15.08.2023     190

“2023-cü il avqustun 14-də Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatına reaksiya kimi olaraq tələm-tələsik, hətta az qala Ermənistan XİN-i qabaqlayan açıqlama verib”.

Bu barədə Redaktor.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

“30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər və konkret olaraq Aİ Missiyası Ermənistanın ruporuna çevrilib.

Aİ missiyasının patrul apardığı, tez-tez binoklla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəri deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır. Aİ-nin İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir”, - Qərbi Azərbaycan İcmasından bildirilib.