"Qarabağ ermənilərinin Yevlaxdakı görüşdən imtina etməyi onların öz əleyhinədir"

 18:08 15.08.2023     444

"Hazırda sülh müqaviləsinin çətinləşdirən təbii ki, Ermənistan tərəfidir. Azərbaycan beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda da öz haqqını tələb edir. Beynəlxalq normalara uyğun olaraq Azərbaycan öz sərhədlərini bərqərar edib, torpaqlarını geri alıb".

Bu sözləri Ermənistanın sülh müqviləsini çətinləşdirmək istiqamətində atdığı addımlarla bağlı Redaktor.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Xəyal Salahov dedi.

Ekspert bildirdi ki, hazırda sülh müqaviləsinin imzalanması nəinki Azərbaycan və Ermənistan üçün, ümumi olaraq, Cənubi Qafqaz regionu üçün çox önəmli bir ünsürdür:

"Çünki burada sülhün bərqərar olması, yenidən ticarətin, beynəlxalq əlaqələrin təkmilləşməsində rol oynayır. Hazırda Zəngəzur dəhlizi məsələsi də var. Hansı ki, Ermənistan tərəfi bu barədə də razılığa gəlməkdən boyun qaçırır. Burada böyük logistika məsələsi, yeni bazarlara açılan yollar var. Ermənistan tərəfinin bu barədə atacağı addımlar əslində onun xeyrinə deyil, əleyhinə olduğunu göstərir. Sülh müqaviləsini imzaladıqdan sonra Ermənistanın digər dövlətlərlə də - Türkiyə, İran və Rusiya ilə vəziyyəti normallaşacaq. Yəni Ermənistanın sülh müqaviləsi imzalamaqla, özünə də xeyir etmiş olacaq, bu blokadadan çıxmış olacaq".

Xəyal Salahov bildirdi ki, Yevlaxda razılaşdırılmış görüşdən Qarabağ ermənilərinin son anda imtina etməyi onların öz əleyhinədir.

"Azərbaycan tərəfi öz ordu quruculuğu ilə yanaşı, hazırda Qarabağda bərpa işlərini davam etdirir. Azərbaycan yenidən bir müharibə istəmir. Amma lazım gəldikdə Ermənistana daha adekvat cavablar veriləcək. Bu cavablar verilməkdə də davam edir", - deyə o, qeyd etdi.

Humay İSGƏNDƏRLİ