Özbəkistan Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad etdi

 12:30 22.08.2023     223

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

22