Arayik Ağdam-Xankəndi yolu ilə bağlı qərarını şəxsən dərc edəcək

 15:33 23.08.2023     553

Laçın yoluna alternativ olaraq Ağdam-Xankəndi marşrutundan istifadəyə dair qərar hələ verilməyib.

Redaktor.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının lideri Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan bildirib.

Bundan əvvəl “Hraparak” qəzeti yazıb ki, Arayik Arutyunyan dünən Təhlükəsizlik Şurasının iclasında Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini deyib.

“Qərar hələ qəbul edilməyib, lakin müzakirələr davam edir və "prezident" Arutyunyan yaxın vaxtlarda vəziyyət və hakimiyyətin yanaşmaları barədə məlumatı şəxsən dərc edəcək”, - Avanesyan bildirib.

Sayt qeyd edib ki, avqustun 22 və 23-də Arayik Arutyunyan müxtəlif "dövlət", siyasi və ictimai dairələrlə qapalı müzakirələr aparıb və bu müzakirələrdə Azərbaycanın tam" blokadaya" alınması nəticəsində humanitar və təhlükəsizlik məsələləri müzakirə olunub.

Turan İSMAYIL