Azərbaycan və Belçika XİN başçıları arasında geniş tərkibli görüş keçirildi - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadca Labibi arasında geniş tərkibli görüş keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanla Belçika arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, regional vəziyyət müzakirə edilib.
***
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadija Labibin arasında görüş başlayıb.
Redaktor.az xəbər verir ki, nazirlər əvvəlcə təkbətək müzakirə aparıblar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
Nazirlər regional məsələləri, eləcə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edirlər.