Belçika ilə Azərbaycan arasında ticarət dövriyyəsi ölkələrimiz arasındakı əlaqəni tam əks etdirmir - Nazir
Bugünkü görüşümüz əsnasında ikitərəfli münasibətlər kontekstində biz ikitərəfli iqtisadi əlaqələrimiz barədə fikir mübadiləsi apardıq.
Redaktor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 80 milyon ABŞ dolları olub. Bu il bəlli artıma baxmayaraq, hesab edirik ki, bu dövriyyə ölkələrimiz arasındakı əlaqəni tam əks etdirmir”, - nazir əlavə edib.