Kasprşik Laçın yoluna boylandı - FOTO

 12:52 25.08.2023     494

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Laçın yolunun başlanğıc nöqtəsi olan Sünik rayonunun Kornidzor kəndinə səfər edib.

Redaktor.az "armenpress"ə istinadla xəbər verir ki, o, durbinlə Laçın yoluna boylanıb və ATƏT-in sədrinə hesabat hazırlayıb.

Jurnalistlərlə söhbətində Kasprşik vurğulayıb ki, o, rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin tapşırığı ilə Laçın yolunun başlanğıcına baş çəkib.

“Bu barədə mətbuata açıqlama verildi. Laçın dəhlizinin qonşu ərazilərinə baş çəkmək, vəziyyətlə tanış olmaq və ona hesabat vermək tapşırılıb. Əvvəlki günlərdə çoxlu görüşlərim oldu və bu gün, gördüyünüz kimi, buradayam, vəziyyətlə bağlı hesabat vermək üçün qayıdacağam”, - o, bildirib.

Sayt qeyd edib ki, avqustun 22-də ATƏT-in fəaliyyətdə olan sədrinin mandatı çərçivəsində Laçın yoluna səfər etmək və mövcud vəziyyət barədə məlumat vermək üçün Ermənistana gələn Anjey Kasprşik İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Turan İSMAYIL

2