"Başlarını soxmağa siçan deşiyi də tapa bilməyəcəklər" - Deputat

 16:47 28.08.2023     390

"Azərbaycan dövlətinə qarşı cinayət törədənlərə dünya dar olacaq. Başlarını soxmağa siçan deşiyi də tapa bilməyəcəklər".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, "Laçın" sərhəd- buraxılış məntəqəsində bu gün tutulan şəxslərin taleyini digərləri də yaşayacaq.

"Hamısının siyahısı var…", - deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Turan İSMAYIL