Paşinyan Makronla danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron telefon danışığında Qarabağdakı vəziyyəti, eləcə də regionda "humanitar böhran"ın aradan qaldırılması üçün atılacaq addımları müzakirə ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Həmsöhbətçilər regiondakı hazırkı vəziyyətə toxunublar. Baş nazir Nikol Paşinyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar böhranın dərinləşdiyini, həmçinin bunun aradan qaldırılması üçün addımların atılmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
T.İSMAYIL