"7 dövlətlə apardığımız mübarizənin zəfərlə nəticələndiyi gündür" - Səfir

 14:09 30.08.2023     239

"Bu gün 1071-ci ildə qapılarını açdığımız Anadolunun işğalına qarşı 7 dövlətlə apardığımız müstəqillik mübarizəsinin zəfərlə nəticələndiyi gündür".

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı X-dəki (keçmiş tviter) səhifəsində yazıb.

"26 avqustda baş komandan Mustafa Kamal Atatürkün öndərliyində başladılan "Büyük Taaruz" 101 il öncə bu gün zəfərlə nəticələnib, yeni bir dövlətə və cümhuriyyətə gedən yolu açıb. Suverenlik, müstəqillik və ərazi bütövlüyümüz uğrunda qəhrəmanca savaşan əziz şəhidlərimizi rəhmət və şükranlıqla anırıq. Zəfər Bayramı qutlu olsun", - diplomat qeyd edib.