Bakıdakı Türk şəhidliyi ziyarət edildi

 14:14 30.08.2023     220

Türkiyənin Milli Bayramı - Zəfər Günü münasibətilə Bakıdakı Türk şəhidliyi ziyarət edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bagcı, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.

Səfir qeyd edib ki, Zəfər Günü ölkəsinin həyatında olduqca əlamətdar hadisədir: “Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında bölüşdürülməsinin qarşısının alınması ilə əlamətdardır.

O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün mübarizə apardılar və böyük qurbanlar verdilər.

30 Avqust Zəfər bayramı - 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Baş komandanlıq meydan müharibəsi" sayılan “Büyük Taarruz”u bayrametmə günüdür.

İşğalçı orduların ölkə sərhədlərindən çıxarılması bir qədər sonra baş versə də, 30 Avqust simvolik olaraq Türkiyə torpaqlarının geri alındığı günü təmsil edir”.

Sonra məzarların önünə gül dəstələri qoyulub.