"Fransanın "növcavan" prezidenti bunları görmür?" - Deputatdan ETİRAZ

 15:54 30.08.2023     424

"XXI əsrin axmaq dövlət başçısı atdığı düşünülməmiş addımla böyük fəlakətlərə yol aça bilər. Söhbət Faransa prezidenti Emmanyuel Makrondan gedir. Makron avqustun 24-də “Le Point” qəzetinə verdiyi müsahibədə Xankəndindəki vəziyyətlə bağlı “diplomatiya bitdi” demişdi. Makron Fransanın əsas hədəfinin Laçın yolunun məhdudiyyətsiz açılması, Qarabağ ərazində qalan ermənilərə xarici yardımların çatdırılması, Ermənistan sərhədlərinin toxunulmazlığının təmin olunması olduğunu bəyan edib. Əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün Azərbaycana həm rəsmi Parisin, həm də beynəlxalq strukturların təzyiqini təmin etmək niyyətindədir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

O, qeyd edib ki, bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının iclasında ermənilərə və Makrona tərs bir sillə vuruldu.

"Fransanın “Le Fiqaro” qəzeti Xankəndindəki "humanitar vəziyyətə" dair Azərbaycanı qınayan və üzərinə öhdəliklər qoyacaq yeni qətnamə layihəsi təqdim etmək niyyətində olduğunu yazıb. İkinci silləni gözləyirlər...

Dünən Makron ölkəni xaricdə təmsil edən bütün səfirlərin və diplomatik heyətin qarşısında çıxış edərək Qarabağ ərazində qalan ermənilərlə bağlı problemləri Fransa diplomatiyası qarşısında ən önəmli məsələ kimi qoyub. Onun çıxışında işlətdiyi ifadələrə Azərbaycan Xarici İşlər Nazirliyi kəskin etirazını bildirib. Sitat: “Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.”

Makron açıq-aşkar barbarları və barbarlığı müdafiə edir. Adam qondarma erməni genosidini tanımaqla öz əxlaqını ortaya qoyub. İndiki durumda ermənipərəstliyi ilə açıq-aşkar bizə olan qərəzini nümayiş etdirməkdə davam edir. Bütün dünyaya ermənilərin törətdikləri vəhşiliklər bəllidir. Avropanın göbəyində yerləşən bir dövlətin başçısı isə bunları görmək istəmir. Qarabağımızın hər qarış torpağına dinc əhalinin, uşaqların, qocaların, Şəhid və Qazilərimizin qanı tökülüb. Məscidlərimiz, məktəblərimiz, mədəniyyət abidələrimiz yerlə yeksan edilib. Fransanın "növcavan" prezidenti bunları görmür? Makronun fransız xalqına belə hörməti yoxdur. XX əsrin əvvəllərində bu xalqın böyük yazıçıları, ziyalıları "Dreyfusun işinə görə" vicdan və xarakter nümayiş etdiriblər. Fransada nəsillər arasında varislik prinsipi itib. At izi it izinə qarışıb. Makronun timsalında bu çox aydın şəkildə görsənir...", - deyə Etibar Əliyev bildirib.

Həmidə İBRAHİMLİ