"Ermənilərin nazı ilə oynamaq əvəzinə, yumruğu işə salmalıyıq" - Deputat

 14:09 31.08.2023     756

Bildiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərilib.

Ancaq həmin yardım Ağdam-Xankəndi yolundadır. Çünki Qarabağda yaşayan erməni separatçıları yardımı istəmirlər. 

Hazırda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də diplomatik korpusun nümayəndələri ilə birgə həmin ərazidədir. 

Baş verən prosseslərlə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Deputat söylədi ki, cinayətkarların nazıyla oynadıqca qudururlar, özlərini adam yerinə qoyurlar:

"Seperatçılar bir növ özlərini rəsmi mövqedə görürlər, tərəf kimi hiss edirlər. Mən hesab edirəm ki, Azərbaycan nə qədər humanistlik göstərirsə, onlar o qədər qudurğanlıq edir. Azərbaycan nə qədər öz ərazisində yaşayan şəxslər kimi onlara qarşı gedib barış, sülh əli uzadırsa, onlar o qədər düşmənçilik mövqeyini gücləndirir. Bu da təkcə onlardan asılı deyil, Ermənistan deyilən dövlətdən və ermənilərdən betər özünü erməni kimi aparan Makrondan və onun fikirdə olanlardan da asılıdır. Fransanın paytaxtı Parisin meri - bir arvad tullana-tullana gəlir ki, mən gəlmişəm bu cinayətkarlara, separatçılara qeyri-qanuni yolla Azərbaycana təzyiq göstərib ərazi bütövlüyünü pozmaqda yardım etməyə. Yəni bu əxlaqsızlığın, tərbiyəsizliyin, siyasi fahişəliyin bir göstəricisidir. Bunları qudurudan kənar qüvvələrin hərəkətləridir. Yol, ərazi Azərbaycanınkıdır. Əgər burada Azərbaycanın rəsmilərinin, Azərbaycanın humanitar yardımının qarşısı kəsilirsə, bu, beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən, o cümlədən Azərbaycan qanunlarına əsasən işğalçılıq, separatçılıq və terrorçuluqdur. Ona görə də bunların nazı ilə oynamaq əvəzinə, yumruğu işə salıb, bunlara hərbi gücümüzü göstərməliyik. Yolumuzu açmalıyıq. Tək Ağdam-Xankəndi yolu yox, bütün ərazilər nəzarətə götürülməlidir, yollar açılmalıdır və əmin-amanlıq yaradılmalıdır. Cənab prezidentimizin çox dəyərli bir fikrini yada salmaq istəyirəm, cənab prezidentimiz deyir ki, mən nəyi necə və nə zaman etmək lazım olduğunu yaxşı bilirəm. Yəqin ki, cənab prezidentimiz bunun da tədbirin görəcəkdir. Bu məsələlərə də son qoyulmaq üçün lazımi işlər görüləcəkdir. Bunu ermənilər başa düşməlidir, təkcə, Qarabağda yaşayan ermənilər yox, Ermənistandakı ermənilər də, dünya erməniləri də başa düşməlidir".

Humay İSGƏNDƏRLİ