Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir - Prezidentin köməkçisi
Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında (keçmiş tviter) yazıb.
"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - deyə şöbə müdiri vurğulayıb.
Qeyd edək ki, bu gün Qarabağdakı erməni separatçılarının lideri Arayik Arutyunyan istefa verdiyini açıqlayıb.
T.İSMAYIL