"Bütün separatçıların taleyi Arayik Arutyunyan kimi olacaq"

 15:52 31.08.2023     534

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının başçısı Arayik Arutyunyan istefa verib.

Bu istefa ilə bağlı siyasi analitik Lətif Babayev Redaktor.az-a danışdı.

O bildirdi ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu və hazırda Ağdam-Xankəndi yolunda, ümumən Qarabağ ətrafında baş verənlər barədə artıq Azərbaycan dövlətinin mövqeyini səsləndirib:

"Arayik Arutyunyan və separatçı rejimin digər nümayəndələri Qarabağda özlərini qondarma rejimin rəhbərləri elan etmiş şəxslərdir. Yəni o ərazidə olan bütün separatçıların taleyi Arayik Arutyunyan və onun qondarma komandasının üzvlərinin taleyi kimi olacaq. Qarabağ Azərbaycanın qanuni ərazisidir və orada Azərbaycan dövlətinin iradəsindən kənar fəaliyyət göstərən istənilən qurum legitim deyil. Hazırkı qondarma rejim də qeyri-qanununidir və qəbuledilməzdir. Azərbaycan nə Ermənistanın həmin ərzilərimizi işğal altında saxladığı 30 il ərzində, nə də bu gün – Qarabağ erməni işğalından qurtarıldıqdan sonra həmin ərazidə hər hansı qondarma qurumun fəaliyyətini qəbul etməyib və etmir. Bu, Ermənistanın və onun havadarlarının müxtəlif vasitələrlə dəstəklədikləri separatçı hərakatın nəticəsi kimi dəyərləndirilməidir. “İstefa” verdiyini elan edən qondarma rejimin rəhbəri də qeyri-qanuni “rəsmi şəxs”dir.

Hazırda Qarabağda baş verənlər, əslində, Azərbaycan dövlətinin Qarabağ ermnilərinin Azərbaycan cəmiyyətinə reiteqrasiyası prosesini başlatmasının qarşısını almaq cəhdləridir. Bu prosesə həm daxildə bir qrup separatçı, həm də Azərbaycan-Ermənistan arasında sülh yaranmasının əleyhdarları tərəfindən ciddi manelər törədilir. Bunun başqa bir səbəbi Ermənistanın sülh prosesini davam etdirmək niyyətinin və iradəsinin olmaması və revanşist ümidlərlə bölgədə qarşıdurma yaratmaq niyyətləri ilə bağlıdır. Bu səbəbdən Azərbaycanın təşəbbüsü və iradəsi ilə başladılan sülh danışıqları hazırda müəyyən qədər arxa plana keçibdir. Ermənistanın yalan və manipulyasiya kampaniyası bölgədə vəziyyətin gərginləşməsinə yönəlib və bundan hələ də imtina edilməməsi prosesləri arzuedilməz və  Ermənistan üçün acı nəticələri olacaq məcraya yönəldə bilər".

Lətif Babayev qeyd edib ki, bu gün separatçı rejimin rəhbərlərinin hərəkətləri, qəbul etdikləri “qərarlar”, əslində, ondan xəbər verir ki, onlar Azərbaycan dövlətinin Qarabağ ermnilərinin Azərbaycan cəmiyyətinə reiteqrasiyası prosesini istəməyənlərin əlində vasitəyə çevriliblər:

"Ancaq bu hərəkətlərin heç bir perspektivi yoxdur. Qarabağda yaşayan ermənilər  Azərbaycan vətəndaşı hüquqlarını əldə etmək istəyirlərsə, bu dövlətin qanunları ilə yaşamağa razı olmalı və hər cür separatçı-terrorçu və digər qanunsuz əməllərdən çəkinməlidirlər. Bütün separatçı hərəkətlər dayandırılmaqla, seperatçı rejim ləğv olunmalıdır. Ermənistan silahlı qüvvələrinin qalıqları Qarabağ ərazisindən çıxarılmalı, seperatçı  qüvvələrin oradakı silahlı birləşmələri tam neytrallaşdırılmalıdır. Məsələnin həllində başqa bir yol yoxdur. Deyilən bu tələblər, əslində, 2020-ci ildə Rusiyanın da iştirakı ilə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb".

Siyasi analitik onu da qeyd edi ki, ermənilər Xankədidə humanitar vəziyyət haqqında saxta bəyanatlar səsələndirmək əvəzinə, Ağdam-Xankəndi yolunun açılması ilə artıq oarada ikinci gün gözləyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükünü qəbul etsələr daha düzgün hərəkət etmiş olarlar.

"Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri də bu gün Ağdam-Xankəndi yolundakı vəziyyətlə tanış olmuş və Azərbaycan tərəfinin növbəti humanitar addımına şahidlik etmişlər. Azərbaycanın dövlət orqanlarının nümayəndələri tərəfindən Azərbaycan dövlətinin Qarabağdakı erməni sakinlərimizə hər cür yardım göstərmək niyyəti bir daha bəyan edilib”, - deyə L.Babayev bildirdi.

Humay İSGƏNDƏRLİ