Qriqoryan Rusiya XİN nümayəndəsi ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

 17:00 31.08.2023     365

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Həmsöhbətlər regional təhlükəsizlik və xüsusən də Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Hər iki tərəf humanitar böhranın təcili aradan qaldırılmasının vacibliyini vurğulayıblar", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu gün Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının lideri Arayik Arutyunyan istefa verib.

Turan İSMAYIL