Vaşinqtondan Qarabağ AÇIQLAMASI

 21:39 31.08.2023     335

Son bir neçə həftə ərzində ABŞ Qarabağa humanitar yardımın çatdırılmasını təmin etmək üçün Azərbaycan və Ermənistanla fasiləsiz işləyir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Qarabağda əhali üçün zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etmək üçün Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri arasında təcili görüş keçirilməlidir.