"Belələri Azərbaycan torpağında olmamalıdırlar"

 22:52 31.08.2023     466

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bugünkü açıqlamasında bildirib ki, Qarabağdakı qanunsuz rejim ləğv edilməlidir və Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasına heç zaman dözməyəcək.

Redaktor.az-ın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev özünün feysbuk hesabında bildirib ki, Hikmət Hacıyevin bu açıqlaması əslində həm də dövlətimizin Araiyk Arutyunyanın Sergey Şaxramanyanla əvəzlənməsinə yanaşmasını ortaya qoyur.

"Yəni bu, o deməkdir ki, bizim üçün "miatsumçu"nun yaxşısı və pisi yoxdur. Belələri Azərbaycan torpağında olmamalıdırlar, vəssalam", - deyə siyasətçi bildirib. 

T.İSMAYIL