Arayik Samvel Şahramanyanı separatçılara təqdim etdi

 17:08 01.09.2023     383

Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının başçısı Arayik Arutyunyan qondarma quruma yeni təyin olunmuş "dövlət naziri" Samvel Şahramanyanı "hökumət üzvləri"nə, digər "dövlət idarəetmə orqanlarının rəhbərləri"nə və "məhkəmə hakimiyyətinin rəhbərliyi"nə təqdim edib.

Redaktor.az bu barədə "news.am"a istinadla xəbər verir.

Bildirilib ki, Arayik həmkarlarına birgə fəaliyyətlərinə görə minnətdarlığını bildirərək, istefasının səbəblərini açıqlayıb. O, həmkarlarını vəziyyəti ayıq şəkildə qiymətləndirməyə və mümkün daxili və xarici çağırışlarla mübarizədə yeni "hakimiyyət"ə dəstək verməyə çağırıb.

Qeyd edək ki, ötən gün erməni quldurlarının lideri Arayik Arutyunyan tutduğu "vəzifə"dən "istefa" verdiyini açıqlayıb.

Turan İSMAYIL