XİN rəsmisi Paşinyanın cavabını verdi

 22:07 01.09.2023     458

Əhalinin diqqətini Ermənistandakı gərgin vəziyyətdən yayındırmaq və regionda sülhü təşviq edən tərəf olan Azərbaycanı ittiham etmək məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial şəbəkəsində (keçmiş tviter) Ermənistanın Baş naziri Nikol Paşinyana cavabında bildirib.

O, qeyd edib ki, Azərbaycan belə təxribatların qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək.