"Ermənistanda əhali sürətlə azalır" - Deputat

 09:57 02.09.2023     343

"Dövlətin qüdrətini müəyyənləşdirən amillərdən biri əhalinin sayının nə qədər olmasıdır. Əsgərin və işçi qüvvəsinin sayı bundan asılıdır. Ermənistanda əhali sürətlə azalır. Həm şəraitsizlik ucbatından tərk edib gedirlər, həm də əhalinin təkrar istehsalı, artımı yoxdur. Bunun göstəricilərindən biri məktəblərdə birinci sinifə gedən şagirdlərin sayının ildən-ilə azalmasıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu il Ermənistanda birinci sinifə 23 min 589 şagird gedəcək:

"Müqayisə üçün deyim ki, bu say keçən il 39 min 117 nəfər olub. Yəni  ötən ildəkindən 15 min 528 nəfər azdır. Azərbaycanla sərhəd kəndlərdə 1-2 şagirdi olan  məktəblər var. Bəzilərində isə birinci siniflərə gedən uşaq da yoxdur. Bütövlükdə birinci sinifə gedənlərin çoxu qızlardır. Soruşulur: bu gedişatla Ermənistan hakimiyyəti ordunun cərgələrini yaxın illərdə necə dolduracaq? Görünən odur ki, doldura bilməyəcək. Bəs çıxış yolunu nədə görəcək? Erməni psixologiyasına və ənənəsinə uyğun olaraq xaricdən terrorçulara, muzdlulara möhtac olacaq. Bu isə Ermənistanın heç bir gələcəyinin olmadığını göstərir".

Həmidə İBRAHİMLİ