Azərbaycan-Çin birgə iqtisadi təşəbbüslərinin perspektivləri müzakirə etdi
“Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumunda iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinin əməkdaşlığın səmərəliliyinin artırılması üçün əhəmiyyətini vurğuladıq”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında qeyd edib.
“Azərbaycan-Çin sahibkarları və biznes strukturları arasında birgə təşəbbüslərin həyata keçirilməsinin perspektivlərini müzakirə etdik”, - nazir əlavə edib.