Azərbaycan və Macarıstanın XİN başçıları birgə bəyanatlarla çıxış etdilər

 16:50 04.09.2023     160

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan və Macarıstanın XİN rəhbərlərinin birgə mətbuat konfransı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Konfransda nazirlər görüşün yekunları və Azərbaycanla Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərinə dair bəyanatlarla çıxış ediblər.