Rusiya XİN Paşinyanı öz məsuliyyətini kiminsə üzərinə yıxmamağa çağırdı

 16:21 05.09.2023     420

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına verdiyi Rusiya əleyhinə açıqlamalarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanı öz məsuliyyətini kiminsə üzərinə yıxmamağa çağırıb:

“Ermənistan baş naziri tərəfindən son günlər çox şeylər deyilib. Düşünürəm ki, bütün bu bəyanatları yekunlaşdırsaq, deyə bilərik ki, öz addımlarınıza cavab verməlisiz, gühahkarlar axtarmalı deyilsiz. Məsuliyyət daşımaq lazımdır. Öz məsuliyyətinizi kiminsə üzərinə yıxmamalısınız. Ona görə də, siyasətçinin, dövlət xadiminin, yoldan keçən adamdan, öz ölkəsinin milli maraqlarını düşünməyəndən fərqi var. Bir daha qeyd edirəm ki, öz addımlarına görə cavab vermək qabiliyyətinə malik olmaq lazımdır. Əks təqdirdə, bu bir az “pis rəqqasın hekayəsi”nə bənzəyir”.