"Dövlət xadimi ilə yoldan keçən adamın fərqi budur" - Zaxarovadan Paşinyana sərt sözlər

 18:49 05.09.2023     423

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanı öz əməllərinə görə məsuliyyət daşımağa, günahkarlar axtarmamağa çağırıb.

Redaktor.az xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib.

"Öz əməllərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq lazımdır. Günahı başqasının üzərinə atmamaq, məsuliyyəti öz üzərinə götürməyi bacarmaq lazımdır. Siyasətçi, dövlət xadimi ilə ölkənin mənafeyini düşünməyən, yoldan keçən adamın fərqi budur. Əks halda bu, bir az pis rəqqas haqqında hekayəyə bənzəyir”, - o, bildirib.