Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşdü

 22:05 05.09.2023     290

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki Səfirliyi X sosial şəbəkəsində bildirib.

Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.