"Qisas almağı bacaran kinli-küdurətli Rusiya bunu Paşinyana bağışlamayacaq" - Deputat

 18:02 06.09.2023     542

Bildiyimiz kimi, bir neçə gündür Ermənistan və Rusiya rsmilərinin çıxışlarında iki ölkə arasındakı müəyyən gərginlik sezilir. Hər kəs düşünür ki, artıq Rusiya və Ermənistan arasında müəyyən problemlər var.

Maraqlıdır, bu problemlər iki ölkə arasındakı oyun ola bilərmi, yoxsa həqiqətən də aralarında gərginlik yaşanır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov söylədi ki, iki ölkə arasında baş verənləri oyun kimi qiymətləndirmir.

"Çünki Paşinyanın hakimiyyətə gətirilməsi və kimlər tərəfindən hazırlanması, müdafiə olunması heç kimə sirr deyil. Paşinyan Ermənistanda rəhbərliyə ötürülən növbəti Soros uşaqlarından biridir, yəni qərbyönümlü siyasətçidir. Rusiya əvvəldən də onun hakimiyyətə gəlməsinin əleyhinə idi. Sadəcə olaraq, o dövrdə bir növ Ermənistanda kütlə psixologiyası, küçə çağırışları planı elə hazırlandı ki, Paşinyanın tərəfdarları, yəni qərbyönümlülər üstünlük qazandı. Burada da təkcə Paşinyan və onun tərəfdarlarının, qərbyönümlülərin gücündən danışmaq düz olmaz, eyni zamanda bir faktoru burada nəzərə almalıyıq. Qarabağ klanı adlanan Köçəryan, Sərkisyan cütlüyü uzun illər ərzində Ermənistanda hakimiyyəti zəbt edərək, Ermənistanı taladılar, çapdılar. Ermənistanın başına elə bir oyunlar gətirdilər ki, xalq onların idarəetməsindən bezdi və bu küçə gədəsinə dəstək olmağa, səs verməyə məcbur oldu. Buna görə Rusiya tərəfdarları məğlubiyyətə uğradılar. Ancaq indi bu ərəfədə Paşinyan özünü qeyri-stabil mövqeyi ilə tanıtdı. Yəni o hesab edir ki, çox mahir oyunçudur, həm Rusiyadan bəhrələnə bilər, həm Qərbdən bəhrələnə bilər. Hər iki tərəfin etimadını qazana bilər və hər iki tərəf də buna dəstək ola bilər. Ancaq son günlərindəki çıxışında dedi ki, bir gün yuxudan oyanıb görəcəyik ki, Rusiya Cənubi Qafqazda yoxdur, Rusiyanın Cənubi Qafqazdakı fəaliyyəti özünü doğrultmur, Rusiya bizi müdafiə edə bilmir. Bu bilirsən nəyi xatırladır? Ermənilərin növbəti tarixi satqınlığını xatırladır. Bu toplum, bunlar dünyanın harasında yaşayıblarsa, müəyyən gərgin anlarda həmin yaşadıqları ərazidə çörəyini yedikləri millətə, xalqa, dövlətə qarşı daim xəyanət ediblər, daim satqınçılıq ediblər. Bu gün də Rusiya ilə bağlı bunların mövqeyində bunu demək mümkündür. Çünki bunları dünyanın müxtəlif yerlərindən Çar Rusiyası, sonra da Sovetlər İttifaqı bunları bizim ərazimizdə yerləşdirdi və bunlara dövlət qurdu. Artıq Rusiyaya dərs olur ki, bunlar hamını satdıqları kimi Rusiyanı da bax beləcə satırlar, sata bilərlər. Bu növbəti erməni satqınçılığı, erməni xəyanətidir. Kimə qarşı? Bunlara çörək verən, bunlara dövlət quran, tarixlər boyu bunları müdafiə edən Çar Rusiyasına, Sovetlər İttifaqına və indiki Rusiya Federasiyası qarşı. Buna görə də Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən rəhbəri Zaxarova Paşinyana qarşı belə sərt fikirlər səsləndirir. Qisas almağı bacaran kinli-küdurətli Rusiya Federasiyası hesab etmirəm ki, bunu Paşinyana bağışlayacaq", - deyə həmsöhbətimiz bildirdi.

Elman Məmmədovun sözlərinə görə, son günlərin hadisələri, Ermənistanda yenidən Qarabağ klanının baş qaldırması, Paşinyan əleyhdarlarının yenidən fəallaşması artıq nələrdənsə xəbər verir:

"Mən hesab edirəm ki, bu bizim xeyrimizə olan hadisələrdir. Çünki Rusiya bizi sevərək yox, bizi istəyərək yox, öz maraqlarının təminatı naminə bu Qarabağdakı separatçıların oyunları ilə bağlı bir az ədalətli mövqe tutacaq".

Humay İSGƏNDƏRLİ