Separatçılar Şahramanyanı qondarma “prezidentlyə” namizəd ELAN ETDİLƏR
Qarabağdakı separatçı rejimin qondarma “parlamenti”ndə təmsil olunan 5 “fraksiya”dan 4-ü xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyanı “prezidentliyə” namizəd irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə “Azatutyun” radiosu məlumat yayıb.
Samvel Şahramanyanın artıq bu 4 qüvvə ilə görüşdüyü bildirilir.
Qeyd edilir ki, separatçıların yeni başçısı bu şənbə, sentyabrın 9-da separatçı rejimin qondarma “parlamenti”ndə seçiləcək.
Xatırladaq ki, Xankəndidə məskunlaşan erməni separatçılarınmın keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa” vermişdi.