Səfirliyimizdən erməni diplomata cavab: Düşündürücü məlumatlar tapacaqsınız

 23:23 06.09.2023     280

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi sosial şəbəkədə onu izləməyə başlayan yeni təyin olunmuş Ermənistan səfiri Tiqran Balayana səhifədə “düşündürücü məlumatlar tapacağını” bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik missiyası eksdə qeyd edib.

“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, - səfirlik yazıb.