Mirzoyan ABŞ dövlət katibinin müavini ilə Qarabağı müzakirə etdi

 12:06 08.09.2023     365

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı aparıb.

Redaktor.az “Armenpress”ə istinadla xəbər verir ki, Mirzoyan amerikalı diplomatla Laçın yolunu müzakirə edib. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsinə maneəsiz çıxışının, eləcə də humanitar fəaliyyətlərin təmin edilməsinin vacibliyini bildirib.

Danışıqlarda Xankəndi və Bakı arasında Qarabağ sakinlərinin hüquqları və təhlükəsizlik təminatları ilə bağlı müzakirələr zamanı effektiv beynəlxalq mexanizmin tətbiqinin zəruriliyi vurğulanıb.

Turan İSMAYIL