Sinan Oğandan Xankəndi PAYLAŞIMI: "Geri dönəcək"

 12:25 08.09.2023     632

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan sosial şəbəkə hesabında Azərbaycanla bağlı maraqlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, Azərbaycanəsilli siyasətçi “X” (keçmiş tviter) hesabındakı paylaşımında “Xankəndi türk dünyasının qürurudur” deyə bildirib.

Bununla yanaşı, Sinan Oğan daha bir paylaşımında yazıb: “Tarix öz mənşəyinə geri dönəcək. Zəngəzur dəhlizi mütləq açılacaq”.

Siyasətçinin bu paylaşımları böyük marağa səbəb olub.