"Ermənilər hansısa bir təxribata əl atmaq istəsələr, dərhal cavabı veriləcək" - Deputat

 18:13 08.09.2023     631

"Anti-terror əməliyyatını istənilən vaxt aparmaq olar və Qarabağdakı hadisələr də göstərir ki, Azərbaycan öz mövqeyində qətiyyətlidir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa son günlər baş verən erməni təxribatlarını şərh edərkən dedi.

Onun fikrincə, ermənilər hansısa bir təxribata əl atmaq istəsələr, dərhal onların cavabı veriləcək:

"Bu baxımdan məncə bir problemimiz yoxdur. Təbii ki, bu gərginliklər həmişə gözləniləndir. Enində-sonunda Azərbaycan öz problemini həll edəcəkdir və burada hər hansı bir narahatçılıq edici əsaslar olmayacaqdır".

Həmidə İBRAHİMLİ