Azərbaycanın Qarabağın erməni sakinlərinə yardım səylərini dəstəkləyirik - SƏFİR

 21:58 08.09.2023     295

"Biz Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin öz suverenliyi və ərazi bütövlüyü çərçivəsində ehtiyaclarını ödəmək üçün göstərdiyi yardım səylərini dəstəkləyirik".

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "X"də bildirib.

"Türkiyə hesab edir ki, regionda sülhün və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar sahədəki səyləri dəstəklənməli, vəziyyəti daha da gərginləşdirəcək bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır", - səfir qeyd edib.