Paşinyan İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefonla sərhəddə vəziyyətin deeskalasiyası üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, Paşinyan və Makron "Laçın yolu, Qarabağ və eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində gərginlik, hərbi əməliyyatların artması tendensiyaları" ilə bağlı məsələləri müzakirə ediblər.
Turan İSMAYIL