"Bu məsuliyyətli vəzifəyə layiq görülmək mənim üçün böyük şərəfdir" - Yeni nazir müavini
"Möhtərəm cənab Prezident tərəfindən bu məsuliyyətli vəzifəyə layiq görülmək mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısına yüksək etimadına görə dərin minnətdarlığımı bildirirəm".
Redaktor.az xəbər verir ki, bunu özünün "X" (keçmiş tviter) hesabında dünən Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilmiş Yalçın Rəfiyev yazıb.
"Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm", - deyə o, qeyd edib.
Turan İSMAYIL