Qarabağdakı separatçıların yeni lideri “seçildi”

 14:33 09.09.2023     345

Xankəndidəki qanunsuz rejim bu gün qondarma parlamentdə “prezident seçkiləri” keçirib.

Redaktor.az Ermənistanın “Hraparak” qəzetinə istinadən xəbər verir ki, nəticədə Samvel Şahramanyan separatçı rejimin “prezidenti” seçilib. 

Bildirilir ki, qapalı səsvermə zamanı 22 nəfər onun namizədliyinin lehinə, 1 nəfər əleyhinə səs verib.

Xatırladaq ki, qanunsuz rejimin “rəhbər”i Arayik Arutyunyan avqustun 31-i istefa verib. Bu zaman, “dövlət naziri” Qurqen Nersisyan da vəzifəsindən kənarlaşdırılmışdı və onu bu “vəzifə”də Samvel Şahramanyan əvəz etmişdi.