Ukrayna XİN Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pislədi

 16:14 09.09.2023     301

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

Redaktor.az xəbər verir ki, bəyanat Ukrayna XİN-nin saytında yerləşdirilib.

Qeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:

“Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.