Paşinyanın Blinkenə də zəng ETDİ
Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Redaktor.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan və Blinken telefon danışığında Qarabağda və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Paşinyan bu gün Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Oıaf Şolzla da telefon danışığı aparıb.