Rəsmi Bakı Ermənistan tərəfindən təklif almayıb - Hikmət Hacıyev
“Rəsmi Bakı Ermənistan tərəfindən təcili danışıqların aparılması barədə təklif almayıb”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib.