Pakistan Qarabağda qondarma rejimin keçirdiyi "prezident seçkisini" pislədi
Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi"ni pisləyib.
Redaktor.az-ın xəbərinə görə, Pakistan XİN-nin mətbuat katibi bildirib ki, Qarabağı Azərbaycan Respublikasının suveren ərazisidir və qeyri-qanuni qurulmuş rejim tərəfindən qondarma seçkilərin keçirilməsinə hər hansı cəhdi hüquqi və mənəvi cəhətdən qınayırlar: “Bu cür cəhd həm də BMT Nizamnaməsi və formalaşmış beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”.