Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində patrul xidməti gücləndirildi

 10:52 10.09.2023     369

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası toplanma, yerdəyişmə və atışma insidentləri də daxil olmaqla hər hansı hərbi dəyişikliyi müşahidə etmək üçün Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində və qarşıdurma xəttində gecə-gündüz patrul xidməti həyata keçirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyası X sosial şəbəkəsində paylaşım edib.

Qeyd edilib ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası vəziyyətlə bağlı Aİ-ni daha çox narahat edən ərazilərdə patrulları gücləndirib və gərginliyin azaldılmasına töhfə verib.