ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı dialoqa ÇAĞIRDI
ABŞ Azərbaycan və Ermənistanı həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək üçün birgə işi davam etdirməyə çağırır.
Redaktor.az-ın xəbərinə görə, bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuata bəyanatında bildirib.
Entoni Blinken Laçın yolunun əlavə marşrutlarla birgə təcili açılmalı olduğunu qeyd edib: "İrəliyə doğru yeganə yol sülh, dialoq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır".