Gürcüstan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir - XİN
Gürcüstan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Gürcüstan Azərbaycanın Qarabağ bölgəsində 9 sentyabr 2023-cü ildə keçirilmiş qondarma prezident seçkilərini tanımır.