İran Fransaya nota verdi

 13:51 11.09.2023     235

İran ölkənin Parisdəki diplomatik nümayəndəliyinə hücumla əlaqədar olaraq Fransaya nota verib.

Redaktor.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani açıqlayıb.

“Biz bu aksiyanı qətiyyətlə pisləyirik”, - deyə Kənani əlavə edib. 

Qeyd edək ki, “Tasnim” agentliyinin məlumatına görə, sentyabrın 9-u naməlum şəxs Parisdə İran səfirliyinin konsulluq bölməsinin yerləşdiyi hissəsində qapını yandırıb. İlkin məlumata görə, həmin şəxs qapıya “Molotov kokteyli” atıb. “ISNA” agentliyi isə diplomatik nümayəndəliyin artıq öz işini bərpa etdiyini yazıb.