Qondarma "seçkiləri" tanımırıq - Bolqarıstandsn REAKSİYA
Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu 9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkiləri” tanımır.
Redaktor.az xəbər verir ki, bu barədə dostluq qrupunun sədri Həmid Bari Həmid özünün "X" hesabında yazıb.
O bildirib ki, qondarma "seçkilər" beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidddir.
"Biz dostluq qrupunun üzvləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi bildiririk", - deputat qeyd edib.