Qarabağdakı qondarma seçkiləri tanımırıq - Dövlət Departamenti

 22:08 11.09.2023     374

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçılarının keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.