Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşdü - FOTO

 11:36 12.09.2023     353

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesbaında paylaşım edilib.

Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çağırışlar və gələcək perspektivlər müzakirə olunub.

Qeyd edək ki, C.Bayramov Cenevrədə işgüzar səfərdədir.

22